Yazını böyüt
Yazını kiçilt
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna qarşı keçirəcəyi cavab oyuna hakim təyinatları açıqlanıb.
Hafta.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Oyunu tanınmış referi Maykl Oliver idarə edəcək. Ona yan xətdə Stuart Burt və Lee Betts kömək edəcək. Kris Kavanag isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 28-də Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo" oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrbdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.