"Qarabağ" ÇL-in 3-cü mərhələsinə vəsiqə qazandı

22:04 30.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Hafta.az xəbər verir ki Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb. 

Ağdam klubu Bakıda Cəbəllütariq “Linkoln”u ilə üz-üzə gəlib və 5:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

"Qarabağ" bu gün mərhələni keçməklə ən azı Konfrans Liqasının qrup mərhələsini təmin edib.

"Qarabağ" üçüncü turda “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

“Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllütariq) - 5:0 

Qollar: Olavio Juninyo, 17, 31, 44, Yassin Benzia, 66, Leandro Andrade, 72

Baş hakim: Yakob Sandberq (Danimarka)

Tofiq Bəhramov adına Respublika stadionu 

İlk oyun - 2:0