"Qarabağ"dan darmadağın, Sumqayıtda heç-heçə

18:31 01.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

Hafta.az xəbər verir ki, 2-ci oyun günündə iki görüş keçirilib.

Lider "Sumqayıt" doğma meydanda "Neftçi" ilə qolsuz heç-heçə edib.

Günün digər qarşılaşmasında isə "Qarabağ" "Keşlə"ni qəbul edib. Ağdam klubu rəqibini böyük hesabla məğlub edib.

1 noyabr

"Qarabağ" - "Keşlə" - 6:1
Qollar: Filip Ozobiç, 4 (1:0), Bədavi Hüseynov, 12 (2:0), Vüsal İsgəndərli, 26 (2:1), Kvabena Ovusu, 38 (3:1), Filip Ozobiç, 60 (4:1), Mahir Emreli, 65 (5:1), Mahir Emreli, 89 (6:1)

"Sumqayıt" - "Neftçi" - 0:0