Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub.
Hafta.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçirilib.
“Neftçi” doğma meydanda “Qarabağ”ı qəbul edib və böyük hesabla məğlub olub.
Günün digər qarşılaşmasında isə “Zirə” “Sabah”ın qonağı olub. Bu görüşdə də qonaqlar qalib gəlib - 1:0. Bu, "Sabah"ın ardıcıl 6-cı məğlubiyyəti olub.
Azərbaycan Premyer Liqası, 9-cu tur
"Neftçi" - "Qarabağ" - 0:6
Qollar: Filip Ozobiç, 20 (0:1), 29, pen. (0:2), Mahir Emreli, 39 (0:3), Abdullah Zubir, 50 (0:4), Filip Ozobiç, 52 (0:5), Musa Qurbanlı, 75 (0:6)
“Bakcell Arena”
"Sabah" - "Zirə" - 0:1
Qol: Ağabala Ramazanov, 58
Qırmızı vərəqə: Mateus Albino, 90+1 ("Zirə")
43-cü dəqiqədə Ramil Şeydayev ("Sabah") penaltini dəqiq yerinə yetirə bilməyib.
“Bank Respublika Arena”
7 noyabr
“Səbail” – “Sumqayıt” 2:1
“Keşlə” – “Qəbələ” 3:1