"Qarabağ"dan Kiprdə vacib heç-heçə

23:22 05.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Konfrans Liqasında növbəti oyunlar keçirilir.

Hafta.az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" 3-cü təsnifat mərhələsində səfər matçına çıxıb. Qurban Qurbanovun komandası Kiprdə AEL-in qonağı olub. Oyun heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin güclüsü ilə qarşılşacaq.
 
5 avqust
Konfrans Liqası

3-cü təsnifat mərhələsi, ilk oyun

AEL (Kipr) – “Qarabağ” (Azərbaycan) - 1:1
Qollar:
 Şepoviç, 69-pen. (1:0), Zubir, 90+3 (1:1)
Baş hakim: Qlenn Niberq (İsveç)
Limassol. “AEK Arena”

Oxunma sayı 404