Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.
Hafta.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
Lider "Qarabağ" səfərdə "Səbail"lə qarşılaşıb və 1:1 hesabı ilə bərabərə qalıb.
Digər matçda isə "Sumqayıt" "Qəbələ"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
“Sumqayıt” –“Qəbələ” - 2:0
Qollar: Rahid Sadıxov, 66, Əli Qurbani, 75
“Kapital Bank Arena”.
“Səbail” – “Qarabağ” - 1:1
Qollar: Amil Yunanov, 37-pen (1:0), Uroş Matiç, 42 (1:1)
"ASCO Arena”.
17 aprel
18:00."Keşlə" - "Sabah"
"ASK Arena"
20:15."Neftçi" - "Zirə"
"Bakcell Arena"