"Qarabağ"ın Avroliqada rəqibləri müəyyənləşib

15:50 30.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb. 

Hafta.az xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimində Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqiblərinin adına aydınlıq gəlib. Ağdam klubu 3-cü səbətdə yer alıb.

36 komandanın hər birinin rəqibi hər səbətdən çıxan 2 komanda olub. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.

"Qarabağ"ın rəqibləri

1-ci səbətdən: "Tottenhem", İngiltərə (səfərdə), "Ayaks" Niderland (evdə)

2-ci səbətdən: "Olimpiakos", Yunanıstan (səfərdə), "Lion" (Fransa) (evdə)

3-cü səbətdən: "Malmö", İsveç (evdə)," Bodo Glimqt" Norveç (səfərdə)

4-cü səbətdən: "FCSB", Rumıniya (evdə), "Elfsborq" İsveç (səfərdə)

 

Avropa Liqası, Liqa mərhələsinin püşkatması

1-ci səbət

"Roma" (İtaliya)

"Mançester Yunayted" (İngiltərə)

"Portu" (Portuqaliya)

"Ayaks" (Niderland)

"Reyncers" (Şotlandiya)

"Ayntraxt" (Almaniya)

"Latsio" (İtaliya)

"Tottenhem" (İngiltərə)

"Slaviya" (Çexiya)

2-ci səbət

"Real Sosyedad"  (İspaniya)

"AZ Alkmaar" (Niderland)

"Braqa" (Portuqaliya)

"Olimpiakos" (Yunanıstan)

"Lion" (Fransa)

PAOK (Yunanıstan)

"Fənərbaxça" (Türkiyə)

"Makkabi" (Tel-Əviv, İsrail)

"Ferentsvaroş" (Macarıstan)

3-cü səbət

"Qarabağ" (Azərbaycan)

"Qalatasaray" (Türkiyə)

"Viktoriya" (Çexiya)

"Budo-Qlimt" (Norveç)

"Yunion" (Belçika)

"Dinamo" (Kiyev, Ukrayna)

"Ludoqorets" (Bolqarıstan)

"Midtülland" (Danimarka)

"Malmo" (İsveç)

4-cü səbət

"Atletik" (İspaniya)

"Hoffenhaym" (Almaniya)

"Nitsa" (Fransa)

"Anderlext" (Belçika)

"Tvente" (Niderland)

"Beşiktaş" (Türkiyə)

FKSB (Rumıniya)

RFŞ (Latviya)

"Elfsborq" (İsveç)