Yazını böyüt
Yazını kiçilt
"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel" İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Hafta.az xəbər verir ki, Liqa 1 təmsilçisi FİFA-nın kluba qoyduğu transfer qadağasının ləğvi üçün bu addımı atıb.
Fransa klubuna növbəti 2 transfer pəncərəsində heyətinə oyunçu qata bilməməklə cəzalandırılıb. Komanda seneqallı yarımmüdafiəçi Pap Quyenin transferindəki qayda pozuntusuna görə bu cəzaya məruz qalıb.