Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.
Hafta.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. Lider "Qarabağ" "Keşlə"ni qəbul edib "Azərsun Arena"da oynanılan görüşdə Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun digər matçları 20-21 noyabr tarixlərində keçiriləcək.
19 noyabr (cümə)
“Qarabağ” – “Keşlə” - 1:0
Qol: Ramil Şeydayev, 49
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Azersun Arena
20 noyabr (şənbə)
16:00. “Zirə” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
18:15. “Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Bakcell Arena
21 noyabr (bazar)
16:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov
Qəbələ şəhər stadionu