"Qarabağ" "Ludoqorets"ə məğlub oldu

22:05 06.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan "Ludoqorets"i ilə evdə qarşılaşır.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun "Ludoqorets"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab oyunu avqustun 13-də Bolqarıstanda olacaq.

"Qarabağ" - "Ludoqorets" cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək. 

Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada "Petrokub" (Moldova) – TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.

6 avqust.

“Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan) - 1:2

Qollar: Diniş Almeyda, 56 (0:1), Juninyo, 64 (1:1), Kayo Vidal, 87 (1:2)

Qırmızı vərəqə: Kayo Vidal, 89 ("Ludoqorets")

Hakimlər: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)