Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.
Hafta.az xəbər verir ki, son oyun günündə daha 2 matç keçirilib.
"Qəbələ" öz meydanında "Keşlə"ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 2:1.
Digər oyunda isə lider "Qarabağ" autsayder "Səbail"in qonağı olub. Ağdam klubu səfər matçından 1:0 hesablı qələbə ilə ayrılıb.
2 fevral (bazar)
“Səbail” – “Qarabağ” - 0:1
Qol: Mahir Emreli, 81
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev
“ASCO Arena”
“Qəbələ” – “Keşlə” - 1:2
Qollar: Miyusko Boyoviç, 35 (0:1), Sezar Meza Kolli, 40 (0:2), İviça Zuniç, 60 (1:2)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu