Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycan Premyer Liqasında 2021-2022 mövsümünün ilk yarısına yekun vurulub.
Hafta.az xəbər verir ki, 14-cü turun son oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Səbail" "Sabah"ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
Günün və ilin son oyununda isə lider "Qarabağ" evdə "Zirə" ilə qarşılaşıb. Görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan Premyer Liqası
14-cü tur - 16 dekabr
“Qarabağ” – “Zirə” - 2:0
Qollar: Musa Qurbanlı, 6; 53
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
“Azersun Arena”.
“Səbail” – “Sabah” - 0:3
Qollar: Coy-Lens Mikels, 33 (0:1), Ceyhun Nuriyev, 46 (0:2), Xuan Kamara, 90+4
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“ASCO Arena”.