Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.
Hafta.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. Əvvəlcə “Zirə” “Keşlə”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.
Turun mərkəzi matçında isə lider “Qarabağ” doğma meydanda son çempion “Neftçi” ilə qarşılaşıb və 4 cavabsız qolla qalib gəlib.
Turun qalan oyunları sabah keçiriləcək.
30 oktyabr
“Qarabağ” – “Neftçi” - 4:0
Qollar: Ozobiç, 11, Zubir, 15, Ozobiç, 23-pen.Veşoviç, 90+2
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli.
Bakı. “Azərsun Arena”
“Zirə” – “Keşlə” - 2:0
Qollar: Loris Broqno, 17, Ağabala Ramazanov, 42
Qırmızı vərəqə: Tural Axundov, 90+4 ("Keşlə")
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu.
Zirə İdman Kompleksinin stadionu
31 oktyabr (bazar)
16:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu
18:15. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”