"Qəbələ" lider oldu, Zirədə bərabərlik

21:17 18.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

Hafta.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

"Qəbələ" doğma meydanda "Səbail"lə qarşılaşıb və rəqibini 5 cavabsız qolla məğlub edib. Bununla da ardıcıl 3-cü qələbəsini qazanan Elmar Baxşıyevin komandası xallarını 10-a çatdıraraq liderliyə yüksəlib.

Günün son matçında isə "Sabah" "Zirə"nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

18 sentyabr

“Zirə” – “Sabah” - 1:1 

Qollar: Hamdaui, 49 (1:0), Periçiç, 83 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu

“Qəbələ” – “Səbail” - 5:0 
Qollar: Rövlan Muradov, 65, Ülvi İsgəndərov, 84, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+4
Qırmızı vərəqə: Ədilxan Qarəhmədov, 85 ("Səbail")
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

19 sentyabr (bazar)

18:30. “Neftçi” – “Keşlə”
“Bakcell Arena”

20 sentyabr (bazar ertəsi)

19:00. “Qarabağ” – “Sumqayıt”

Oxunma sayı 24