"Ramzan Kadırov Ukraynadan deyil, Rusiyadan qisas almalıdır" - Aleksey Danilov

13:55 31.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Milli Müdafiə Şurasının katibi Aleksey Danilov deyib ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadan deyil, Rusiyadan qisas almalıdır.

Hafta.az-ın yazdığına görə, Danilov deyib ki, ruslar çeçenləri öldürüb, məhv etdilər. "Ruslar çeçen torpağına əsrlər boyu əsarət gətirib, minlərlə qadın və uşağı qətlə yetirib, işgəncələrə məruz qoyublar. Məhz ruslar çeçenlərin əcdadlarının məzarlarını dağıdıb, şəhər və kəndlərini viran qoyublar. Qroznı ilə onun mülki əhalisini torpaqla müqayisə edən ukraynalılar deyil, rus tankları idi. Çeçen xalqı bunu xatırlayır, unudanların isə xatırlamaq vaxtıdır!", - deyib Aleksey Danilov.

Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov mayın 30-da Rusiya təbliğatının Ukraynanı günahlandırdığı Moskvaya kütləvi dron hücumuna görə Ukrayna cəbhəsində sözün tam mənasında qisas alacağı ilə hədələyib... 

Siyasət rubrikasından digər xəbərlər