"Respublikanski"nin baş həkimi işdən çıxarıldı

15:14 28.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.

Hafta.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

Qeyd edək ki, Telman İbadov 2020-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə 45 saylı dairədən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olub və deputat seçilib.