"Rubin"in sabiq futbolçusu Azərbaycan klubuna keçib

14:17 04.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Sumqayıt"ın sabiq qapıçısı İlnur Vəliyev Azərbaycana qayıdıb.

Hafta.az xəbər verir ki, o, "Qaradağ Lökbatan"la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qolkiperlə 1 illik müqavilə imzalanıb. 

İlnur son olaraq "Rubin-2" və Tatarıstan çempionatında iştirak edən "Sokol" klubunun forması geyinmişdi.