Yazını böyüt
Yazını kiçilt
Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin bildirib ki, Moskva Ukraynadakı müharibənin gedişi ilə bağlı rusları çaşdırıb.
Hafta.az-ın "Moscow Times"a istinadən yazdığına görə, Rusiya Müdafiə Nazirliyinin həqiqəti söyləmədiyini və itirilmiş torpaqları izah etmədiyini bildirən Priqojin, "Rus xalqını yoldan çıxardılar. Böyük torpaqlar düşmənə verildi" deyib.
Ukraynanın cəbhə xəttində təbii sərhəd olaraq Dnepr çayını keçməyə çalışdığını bildirən Priqojin, "Bunlar hər kəsdən tamamilə gizlədilib. Rusiya bir gün ayılacaq və Krımın da Ukraynanın nəzarətinə keçdiyini anlayacaq" bildirib.