"Sabah" Konfrans Liqasında mübarizəni dayandırdı

22:02 15.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Sabah" bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Azərbaycan təmsilçisi evdə İrlandiya “Sent Patriks"i ilə qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən görüş "Sabah"ın 0:1 məğlubiyyəti ilə başa çatıb. Bununla da Azərbaycan təmsilçisi Konfrans Liqasında çıxışını başa vurub.

"Sabah" - "Sent Patriks" (İrlandiya) - 0:1 

Qol: Zaxari Elbuzedi, 49

Qırmızı vərəqə: Sofian Çakla, 27 ("Sabah")

Masazır, "Bank Respublika Arena"

İlk oyun - 0:1