"Sabah" "Neftçi"yə qalib gəldi

22:29 18.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Misli Premyer Liqasında 3-cü turun daha bir oyunu keçirilib.

Hafta.az xəbər verir ki, "Neftçi" "Sabah"ı qəbul edib.

Görüş "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, bu tur keçirilməli olan “Şamaxı” - “Qarabağ” və “Zirə” - “Araz-Naxçıvan” matçları təxirə salınıb. “Qarabağ”ın Çempionlar Liqasının, “Zirə” isə Konfrans Liqasının pley-offuna yüksəldiyindən bu kollektivlərin oyunu başqa vaxta keçirilib. 

18 avqust (bazar)

“Neftçi” - “Sabah” - 0:2

Qollar: Amin Seydiyev, 54, Coy Lens Mikels, 76
Zirə İdman Kompleksinin stadionu

17 avqust

“Sumqayıt” - “Səbail” - 2:1 

 “Kəpəz” - “Turan Tovuz” - 0:3