Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Qadınlar Günü qeyd olunur. Bu tarix hər il avqustun 28-də qadınların nailiyyətlərini qeyd edən, davamlı gələcək üçün onların rolunu vurğulayan mühüm milli gün kimi qeyd edilir.
Hafta.az-ın yazdığına görə, 28 avqust tarixinin BƏƏ-də Qadınlar Günü kimi qeyd edilməsi barədə qərar 30 noyabr 2014-cü ildə verilib. Bu, BƏƏ qadınlarının nailiyyətlərini qeyd etmək üçün milli gündür və qadın hərəkatının qabaqcılı Şeyxa Fatimə Bint Mübarəkin dəstəyi ilə keçirilir. Şeyxa Fatimə bint Mübarək Qadınlar Birliyinin prezidenti, Analar və Uşaqların Ali Şurasının, eləcə də Ailə İnkişafı Fondunun Ali prezidentidir. O, həmçinin "BƏƏ Anası" kimi də adlandırılır.
1975-ci il avqustun 27-də Qadınlar Birliyinin yaradıldığı elan edildikdən sonra Birliyin Baş Şurasının qadınların səlahiyyətlərinin artırılması üçün işçi xəritəsini cızmağa başladığı gündür.

BƏƏ prezidenti Şeyx Məhəmməd Bin Zayed əl-Nəhyanın "Davamlılıq ili" təşəbbüsünü 2024-cü ilə qədər uzatmaq göstərişlərinə uyğun olaraq, builki BƏƏ Qadınlar Gününün şüarı da "Sabah üçün əl-ələ" olaraq təyin edilib.
BƏƏ-də qadınların liderlik səylərini nəzərdən keçirmək, müxtəlif platformalarda təqlid ediləcək bir model kimi onların səlahiyyətləndirilməsi təcrübəsini vurğulamaq və BƏƏ qadınlarının gələcəyini formalaşdırmaq üçün yol xəritəsi də irəli sürülən şüarlardandır.
Bu şüar davamlılığa nail olmağın hər kəsin birgə səylərini tələb edən vahid proses olduğunu ifadə edir. Şübhəsiz ki, BƏƏ qadınları davamlılıq körpülərinin qurulmasında strateji tərəfdaşdırlar.