Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.
Hafta.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
"Zirə" öz meydanında autsayder "Qəbələ"ni qəbul edib. Hesabı meydan sahibləri açsa da, qonaqlar iki qol vuraraq əzmkar qələbə qazanıb. Bununla da "Zirə" ardıcıl 4-cü məğlubiyyətlə üzləşib. Buna qədər ardıcıl 4 oyunda uduzan "Qəbələ" isə qış fasiləsində sonra ilk qələbəsini qazanıb.
Digər oyunda isə "Səbail" "Neftçi"nin qonağı olub. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
“Neftçi” – “Səbail” - 1:1
Qollar: Eriko da Silva, 55-avtoqol, Rauf Əliyev, 90+2 (1:1)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Bakcell Arena”
“Zirə” – “Qəbələ” - 1:2
Qollar: İlkin Muradov, 21 (1:0), Fernan Lopes, 80 (1:1),Rövlan Muradov, 87 (1:2)
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu