Yazını böyüt
Yazını kiçilt
Çox güman ki, Azərbaycan və Ermənistan yaxın vaxtlarda sülh müqaviləsi imzalaya bilməyəcək.
Hafta.az xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov səsləndirib.
Onun sözlərinə görə, ən çox ehtimal olunan ssenari ondan ibarətdir ki, Ermənistan qeyri-konstruktiv davranışını davam etdirəcək, Azərbaycan isə üç ildən sonra Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının mandatı başa çatdıqdan sonra Rusiyanın razılığı ilə qalan ərazilərini öz nəzarətinə qaytaracaq.
"Biz bunun necə olacağının prinsipcə Rusiya və KTMT-nin qondarma sərhəddə eskalasiyaya reaksiyasında gördük".