"Sumqayıt" və "Sabah"dan qələbə

21:00 31.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub. 

Hafta.az xəbər verir ki, ikinci oyun günündə iki matç keçirilib. "Qəbələ" "Sabah"ı qəbul edib və 1:3 hesabı ilə uduzub. Günün digər görüşündə isə "Səbail" "Sumqayıt"ın qonağı olub və 0:2 hesabı ilə məğlub olub. 

31 oktyabr (bazar)

“Sumqayıt” – “Səbail” - 2:0 

Qollar: Rəhim Sadıxov, 38, Səid Rza, 74
Qırmızı vərəqə: Nikolas Raysel, 63 ("Səbail")
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
“Kapital Bank Arena”

“Qəbələ” – “Sabah” - 1:3 

Qollar: Mikkels, 20 (0:1), Tiemoko, 39 (0:2), Aleksey İsayev, 63 (0:3), Alimi, 69-pen (1:3)
Hakimlər:
 Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Qəbələ şəhər stadionu