"Ukrayna xalqı azadlığından vaz keçməyəcək!" - Vladimir Zelenski

14:50 24.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Bu andan etibarən Ukrayna dövləti Rusiya ilə diplomatik əlaqələri kəsir".

Hafta.az-ın yazdığına görə, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski mətbuata açıqlamasında bildirib. Dövlət başçısı qeyd edib ki, Ukrayna ordusu Rusiyanın işğalçı hücumları qarşısında mətanətlə dayanıb. Xalq isə bu çətin zamanda üzərinə düşən borcunu yerinə yetirərək öz ordusuna hərtərəfli dəstək verməlidir.

"Ölkəmizin şərqində, şimalında və cənubunda şiddətli döyüşlər gedir. Rus ordusu ciddi itkilərlə üzləşməkdədir" deyən Zelenski əlavə edib ki, Ukraynanın suverenliyini qorumaq istəyən hər bir vətəndaşa silah veriləcək və artıq bu prosesə başlayıblar. Odur ki, döyüş təcrübəsi olan və həri təlimlərdən keçmiş hər kəs Daxili İşlər Nazirliyinə gəlib silah götürə bilər. 

Rusiya işğalçıları ilə döyüşdə yaralanan əsgərlərin olduğunu diqqətə çatdıran Zelenski qeyd edib ki, xəstəxanalarda qan bazası formalaşdırılmalıdır. O, bu məqsədlə insanları qan verməyə səsləyib. "Ukrayna müdafiə olunur və Moskvada nə düşünürlərsə düşünsünlər, Ukrayna xalqı azadlığından vaz keçməyəcək", - Zelenski deyib.