"YAŞAT" Fondu daha 3 qazinin əməliyyat xərclərini ödədi - FOTO

16:34 23.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“YAŞAT” Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə qazilərimiz Zamir İsmayılovun, İsmayıl Süleymanovun və Rəhman Nuriyevin əməliyyat xərcləri qarşılanıb.

Bu barədə hafta.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, "YAŞAT” Fondu ağır yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.