"Yeni orfoqrafiya lüğəti artıq çapdadır"- Möhsün Nağısoylu

16:44 09.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev 2019-cü ili “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq, keçən il dahi şair haqqında aparılan bir sıra işlərlə yadda qaldı.

Şairin adını daşıyan Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Möhsün Nağısoylu hələ keçən il saytımıza açıqlamasında bildirmişdi ki, “Nəsimi ili” ilə bağlı bir sıra layihələr və tədbirlərin keçirlməsini planlaşdırmışıq, eləcə də yeni orfoqrafiya lüğətinin hazırlanması başa çatmaq üzrədir.

Lakin yeni lüğət hələ təqdim olunmayıb.

Bununla bağlı hafta.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru M. Nağısoylu dedi ki, orfoqrafiya lüğəti tam yekunlaşıb, çapdadır:

“Artıq bu barədə nəşriyyat da bizə məlumat verib. Çap prosesindədir. Yaxın zamanlarda çap prosesi də yekunlaşacaq. Təxminən 1000 traj olacaq. Bakıda kitabxanalarda olacaq. Bölgələrdə yerləşən kitabxanalara da yəqin ki, yeni orfoqrafiya lüğəti göndəriləcək”

Direktor həmçinin vurğuladı ki, “Nəsimi ili” ilə bağlı yeni həftədə Nəsimiyə aid çap olunan kitabların sərgisi olacaq. Təkcə İnstitutun 5 kitabı çap olunub. Birinin müəllifi isə özüməm. Mükafatlandırma da olacaq.