"Zirə" Konfrans Liqasında mübarizəni dayandırdı

22:03 29.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Zirə" bu gün Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Bakı təmsilçisi evdə Kiprin "Omoniya" komandası ilə qarşılaşıb.

"Dalğa Arena"da keçirilən görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə bitib. Buna baxmayaraq klubumuz Konfrans Liqasında mübarizəsini dayandırıb.

29 avqust

Konfrans Liqası, pley-off mərhələsinin cavab oyunu

"Zirə" (Azərbaycan) - "Omoniya" (Kipr) - 1:0 
Qol: Rafael Utziq, 79
Baş hakim: Vitaliys Spasyonnikovs (Latviya)
“Dalğa  Arena"

İlk oyun - 0:6