1 yaşlı qız yol qəzasında öldü

16:29 05.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, oktyabrın 4-də saat 18 radələrində Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində Beyləqan şəhər sakini R.Şahkərəmlinin idarə etdiyi “Mercedes” və Yeni Mil qəsəbə sakini A.Məhərrəmovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Məhərrəmovun sərnişinlərindən 1 yaşlı qızı Aysun orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.