10 dəqiqədə 12 enerji içkisi içdi VƏ...

14:25 18.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dostlarına göstərmək üçün 10 dəqiqə ərzində 12 enerji içkisi içən şəxs ölümlə üz-üzə gəlib. Xəstəxanada aparılan analizlər hətta həkimləri də təəccübləndirən vəziyyəti üzə çıxarıb.

Klinik əczaçı Bernard Hsunun YouTube-dakı "Chubbyemu" kanalında 2,6 milyondan çox abunəçisi var. Kanalında 36 yaşlı Bernard şahidi olduğu və ya ətrafından eşitdiyi qəribə fövqəladə hadisələri danışır.

Hsu tərəfindən hazırlanan və 6,5 milyon dəfədən çox baxılan video Qərb mediasında geniş yer tapıb və sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Sözügedən videoda 'JS' adlı xəstənin 'kəskin qarın ağrısı' ilə xəstəxanaya getdiyi bildirilir. Qarın ağrısının ağlasığmaz səbəbi və ondan sonra baş verənlər böyük bir dərs kimidir...

Videoda tam adı çəkilməyən və yalnız “JS” kimi təqdim edilən şəxs əylənmək və dostlarına özünü göstərmək üçün 10 dəqiqə ərzində 12 enerji içkisi içib.

Fasiləsiz 12 energetik içki içən adam ilk bankalarda ağzında və boğazında cüzi qəribəlik hiss etsə də, bütün bankaları içdikdən sonra halı pisləşməyə başlayıb.

Ürək döyüntüləri hiss etməyə başlayan adamın mədəsində və belində inanılmaz ağrılar olub. Bu günə qədər kofeinin ona təsir etmədiyini düşünən kişi kompüter oyunları oynayaraq diqqətini yayındırmağa çalışsa da, qusmağa başlayandan sonra xəstəxanaya getməkdən başqa çarəsi olmadığını etiraf edib.

Özünü pis hiss etməsinə baxmayaraq, israrla həkimə getməyi təxirə salan kişi xəstəxanaya gedərkən gözlənilməz sürpriz gözləyirmiş.

Mütəxəssislər kişinin nə etdiyini öyrəndikdən sonra dərhal lazımi analizləri tətbiq ediblər və hətta həkimləri də təəccübləndirən vəziyyət ortaya çıxıb.

JS-nin bədəni 12 qutu enerji içkisinin tərkibində olan təxminən 1 kilo şəkər və kofeinə uyğunlaşmağa çalışarkən, kişinin mədəaltı vəzi özünü həzm etməyə başlayıb.

Üstəlik, məsələ bununla da bitmir. Həkimlər təcili müalicə etdikləri adamın bir neçə gün ərzində sağalacağını gözləsələr də, vəziyyəti gözlənilmədən pisləşib.

JS-nin şişmiş mədəaltı vəzi yoluxmuş, böyrəkləri və qaraciyəri sıradan çıxmaq ərəfəsində idi. Adam günlərlə antibiotiklə müalicə olunduqdan sonra evə buraxılıb.

"Əksərimiz bilirik ki, enerji içkiləri həddindən artıq istehlak edildikdə təhlükəli ola bilər" deyən Dr Hsu öz videosunda xəbərdarlıq edib. "Bir-bir içsəniz, o qədər də böyük problem deyil. Ancaq bir neçə qutu ard-arda içməyə başlasanız, sonra pis şeylər baş verə bilər”.