11 uşaq övladlığa verilib

18:00 14.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən hafta.az-a verilən məlumata görə, onlardan 22-si qohumlar arası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-i valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-i isə müəssisədən övladlığagötürmə üzrədir.