Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-də saat 10:00-a təyin edilmiş plenum öz işinə başlayıb.
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, plenumu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tərəfindən açıq elan olunub.
Prosesdə Konstitusiya Məhkəmənin 9 hakimi iştirak edib. Bildirilib ki, 9 fevralda keçirilən növbədənkənar seçkilərlə əlaqədar 67 müraciət daxil olub və müraciətlər baxılması üçün MSK-ya müraciət edib və bu da seçkiyə təsirini göstərməyib.
Daha sonra Konstitusiya Məhkəsinin sədri sözü MSK sədri Məzahir Pənahova verib. MSK sədri bildirib ki, seçki ərəfəsində 48 adda təlimat hazırlanaraq seçki subyektlərinə təqdim olunub:
"Seçkilər tarixində ilk dəfə Azərbaycan vətəndaşlarının müxtəlif təbəqələrindən şəxslər seçkidə iştirak edib. 19 partiya seçkilərə qatılıb. 1314 namizəd mübarizə aparıb. Namizədlərin təşviqatı üçün bütün şərait yaradılıb. 5573 məntəqə fəaliyyət göstərib. 125 dairədən 7-nin ərazisi tamamilə işğal altındadır. Bu məntəqələrin seçiciləri Azərbaycanın bütün dairələrinə səpələniblər. Seckiləri 59 ölkədən 883 müşahidəçi izləyib. KİV prosesi əvvəldən axıra işıqlandırıb. Səsvermə günü ərzində seçkinin nəticələrinə təsir edəcək hər hansı qayda pozuntusu ilə bağlı müraciət daxil olmayıb".