17 yaşlı qız sirkə turşusundan zəhərləndi

20:26 18.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Hafta.az-ın məlumatına görə hadisə rayonun Pirli kəndində qeydə alınıb. 2004-cü il təvəllüdlü Aşurlu Vüsalə Vüqar qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

17 yaşlı gənc qızın hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.