188 Azərbaycan vətəndaşı çarter reysi ilə Berlindən Bakıya gətirilib - FOTO

22:28 19.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 19 may tarixində Berlindən Bakıya çarter reysi yerinə yetirilib.

Hafta.az "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətinə istinadən bildirir ki, həmin reyslə 188 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.