ABŞ-ın keçmiş prezidenti Bill Klinton Rusiyanın Ukraynaya hücum edəcəyini 2011-ci ildə bildiklərini deyib.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Nyu-Yorkdakı yəhudi mədəniyyət və icma mərkəzində 92nd Street Y-də çıxış edən Klinton 2011-ci il Davos Dünya İqtisadi Forumunda Rusiya prezidenti Vladimir Putinlə apardığı dialoqu təsvir edib.
76 yaşlı keçmiş lider Putinin Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə zəmanət verən 1994-cü il Budapeşt Memorandumunu dəstəkləmədiyini deyib. Razılaşmaya əsasən, bu zəmanət çərçivəsində Ukrayna, Belarus və Qazaxıstan Rusiyaya Sovet İttifaqından qalan nüvə arsenallarını verib.
Memorandumda o vaxtkı Rusiya prezidenti Boris Yeltsin, ABŞ prezidenti Bill Klinton və Böyük Britaniyanın baş naziri Con Meycorun da imzaları var.
Klinton çıxışında deyib: “Putin mənə dedi ki, 2011-ci ildə Boris Yeltsinlə Krımı almazdan üç il əvvəl bağladığım razılaşma ilə razı deyil. O, mənə dedi ki, Boris sizinlə, Con Meycor və NATO ilə hərəkət etməyə razılaşıb, amma Dumadan heç vaxt razılıq ala bilməyib. Bizdə də radikal millətçilər var. Mən bununla razı deyiləm və dəstəkləmirəm. Müqavilə məni razı salmır”.
Keçmiş ABŞ lideri əlavə edib ki, o gündən müharibənin yalnız zaman məsələsi olduğunu anlayıb.
1999-cu ildə Yeltsinin istefasından sonra Putin president vəzifəsinə yüksəlib və 2000-ci ildə keçirilən seçkilərdə qalib gələrək ölkəsinin lideri olub.
2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Putin eyni ildə Ukraynada baş verən Maydan inqilabı ilə Kiyev rəhbərliyinin dəyişdiyini və bu səbəbdən də Budapeşt Memorandumunun qüvvəsini itirdiyini deyib. Sözügedən inqilabda Ukraynanın Kremlin dəstəklədiyi prezident Viktor Yanukoviç istefaya göndərilib.
İngiltərənin aparıcı qəzetlərindən olan “The Guardian”ın xəbərində Klintonun qeyd etdiyi çıxışın Putinin əslində bu hadisələrdən xeyli əvvəl memorandumu tanımamaq qərarına gəldiyini göstərdiyi yazılıb.