21 saylı Nəsimi seçki dairəsində seçici fəallığı yüksəkdir

12:45 23.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

21 saylı Nəsimi seçki dairəsinin 23 saylı seçki məntəqəsində saat 11:00-a olan məlumata görə aktivlik yüksək səviyyədədir.

Bu barədə hafta.az-ın əməkdaşına məntəqə nümayəndələri məlumat verib. Bildirilib ki, saat 11:00-a qədər 1320 seçicisi olan məntəqənin 159 üzvü seçkidə iştirak edib. Səs veriblər. O da vurğulanıb ki, məntəqənin 85 yaşlı ən yaşlı seçicisi şəxsən məntəqəyə gəlib, səs verib. Bildirilib ki, səyyar qutu üçün müraciət olunmayıb.