22 saylı Nəsimi II seçki dairəsinin seçiciləri səsvermədə fəal iştirak edirlər

10:27 23.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 23-də bələdiyyə seçkilər günüdür. Bütün seçki dairələrində olduğu kimi, 22 saylı Nəsimi II seçki dairəsində də şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün lazım olan bütün şərait yaradılıb.

Bu seçki dairəsinə 28 seçki məntəqəsi daxildir. Bu məntəqələrdə 38414 seçici öz namizədinə səs verəcək.

Dairə seçki komissiyasının sədri Vaqif Qasımov məlumat verib ki, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsinin təmin edilməsi üçün məntəqələr fasiləsiz elektrik enerjisi, rabitə ilə təchiz edilib, onlarda kompüterlər və digər avadanlıq quraşdırılıb. Seçki məntəqələrindən 10-da veb-kamera quraşdırılıb.

Dairədə üzrə məntəqələrdə səsvermənin gedişini 410 yerli müşahidəçi izləyir.

V.Qasımov qeyd edib ki, bu dairə üzrə 68 namizəd qeydiyyata alınıb.

Seçicilər səsvermədə fəal iştirak edirlər. Səhər saatlarında səsverməyə gələn vətəndaşlar seçki məntəqələrində yaradılan şəraitdən razılıqlarını bildirdilər.