23 saylı Nəsimi-Səbail seçki dairəsinin 16 saylı seçki məntəqəsində heç bir neqativ hal qeydə alınmayıb

14:43 23.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 16 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə edilir.

Məntəqənin sədri İlqar Tağıyevin hafta.az-a verdiyi məlumata görə, son məlumatlara 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 16 saylı seçki məntəqəsindəgörə, səsvermə prosesində 294 seçici iştirak edib.

Məntəqədə səsvermə ilə bağlı hər hansı neqativ hadisə qeydə alınmayıb. Müşahidəçilər prosesə tam nəzarət edir. Heç bir narahatçılıq yoxdur.

Səsvermə prosesinin tam şəffaf çəkildə keçirilməsi üçün bütün şərait yaradılıb.

Müşahidəçilər və seçicilər də, hər hansı qanun pozuntuları ilə rastlaşmadıqlarını da bildirdilər.

23 saylı Nəsimi-Səbail 17-ci məntəqənin sədri Həsənova Sədaqət xanımın dediyinə görə isə, bu vaxta qədər səsvermədə 248 seçici iştirak edib.

Qeyri-neqativ hal baş verməyib. Seçicilər də fəal şəkildə gəlirlər. Öz namizədlərinə səs veriblər. Siyahıda isə 1290 seçicinin adı var.