Yazını böyüt
Yazını kiçilt
"Nasyonal"ın yarımmüdafiəçisi Xuan İzkierdo 27 yaşında dünyasını dəyişib.
Hafta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uruqvaylı futbolçu avqustun 22-də Libertadores Kubokunda "San Paulu"ya qarşı 84-cü dəqiqəsində anidən huşunu itirib və xəstəxanaya aparılıb. Ürəyində aritmiya olan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.