277 nəfər buraxılış imtahanına gəlməyib - DİM

17:48 17.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 22-23 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarına gəlməyənlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) hafta.az-a verilən məlumata görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 26 469 nəfərdən 277 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 297.1 bal toplayan Beyləqan rayonu, Yuxarı Aran kənd orta məktəbinin məzunu göstərib.