30 min hərbçinin iştirakı ilə NATO TƏLİMLƏRİ

08:40 02.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polşada NATO üzrə müttəfiqlərin iştirakı ilə "Iron Defender - 25" təlimləri başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, Polşadan və müttəfiq ölkələrdən 30 minə yaxın hərbçi müasir döyüş texnikası və müdafiə sistemlərindən istifadəni məşq edəcək. Bildirilir ki, "Iron Defender" qarşılıqlı fəaliyyət və döyüş effektivliyinin yoxlanılması olmaqla yanaşı, Polşa ordusunun transformasiyasının nümayişidir.