39 yaşlı şəxs kirayə yaşadığı evdə ölüb

10:41 18.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünən gecə saatlarında 1984-cü il təvəllüdlü Ziya İbrahimovun Qəbələ rayonunun Vəndam qəsəbəsində müvəqqəti kirayə yaşadığı evdə meyiti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmanın nəticələrinə əsasən Z.İbrahimovun dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.