Yazını böyüt
Yazını kiçilt
Astara sakini intihar edib. Hadisə rayonun Siyəku kəndində qeydə alınıb. Belə ki, 5 uşaq atası, 1969-cu il təvəllüdlü İlham Allahverən oğlu Teymurov yaşadığı evin zirzəmisində ov tüfəngindən atəş açaraq intihar edib. Hadisə zamanı o, evdə tək olub.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.