Yazını böyüt
Yazını kiçilt
ABŞ-da ana beş yaşlı oğlu ilə hasarın üstündən dırmaşaraq Niaqara şəlaləsindən atılıb.
Daily Mail istinadən bildirir.
Nəşrin məlumatına görə, amerikalı əri və oğlu ilə Niaqara şəlaləsinə gəlib. Qadın uşağı götürərək hasardan aşıb və aşağı atılıb.
Oğlan yıxılma nəticəsində sağ qalıb. Xilasedicilər aşağı enib, buzun üstündən keçərək onu dərədən çıxarıblar, bundan sonra uşaq helikopterlə xəstəxanaya çatdırılıb.
Tullanma nəticəsində oğlanın anası dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.