53 yaşında həbsxanada oxumağa başladı

09:30 29.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Abay vilayətində 53 yaşlı məhkum ilk dəfə məktəb partası arxasında oturacaq.

Hafta.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Bildirilib ki, vilayətdəki islah müəssisələrindən birində yeni tədris ili başlayıb. 21–53 yaş arasında olan 40-dan çox məhkum orta təhsil almaq istədiyini bildirib. Onların arasında xüsusilə də 53 yaşlı kişinin həyatında ilk dəfə məktəbə getmək qərarı hər kəsin diqqətini çəkib.

O, açıqlamasında uşaqlığının qazanc dalınca qaçmaq və iki kiçik bacısına baxmaqla keçdiyini deyib:

"Valideynlərim tez-tez sərxoş olurdular və oxumaq imkanım olmadı. Gəncliyim isə azadlıqdan məhrumetmə məkanlarında keçib. Bu gün anlayıram ki, hər şey başqa cür ola bilərdi. Ona görə də qərara gəldim ki, oxumaq heç vaxt gec deyil”.