89 yaşlı kişini maşın vurdu

10:00 12.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 12-də saat 04 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Şamxalov Mürsəl Əziz oğlunu vurub.

 

DİN-in mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Araşdırma aparılır.