İbrahimoviçdən tarixi göstərici

16:55 12.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç tarixi nəticəyə imza atıb.

Hafta.az xəbər verir ki, bu, futbolçunun İtaliya A seriyasının son turunda “Kalyari”yə qarşı keçirilən matçında (2:0) vurduğu bir qol sayəsində mümkün olub. 38 yaşlı isveçli oyunçu son dörd on illiyin hər birində qol vuran futbolçu kimi tarixə düşüb.

O, ilk onillikdə qolu 1999-cu ilin oktyabrın 30-da “Malmö”də çıxış edərkən rəqib qapısından keçirib.