İdmançımız qızıl medal qazandı

22:21 27.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pauerlifterimiz Leyla Kərimova dünya çempionatının qızıl medalını qazanıb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova (+86 kq) Gürcüstanın Tbilisi şəhərində keçirilən pauerliftinq idman növü üzrə dünya çempionatında gənclər arasında keçirilmiş yarışda 62 kq ağırlıq qaldıraraq qızıl medal qazanıb.

Oxunma sayı 232