İki avtomobil toqquşub - 2 nəfər xəsarət alıb

17:16 25.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunun Sabiroba kəndində “Mitsubishi” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub.

FHN-dən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.