İki gün ictimai nəqliyyat işləməyəcək

09:00 01.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gündən mayın 3-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Hafta.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 1 may saat 00:00-dan 3 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.